2023-cü il ərzində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşları tərəfindən 220-yə yaxın arayış və təhlil, 6 hesabat hazırlanıb.
APA xəbər verir ki, bu barədə Mərkəzin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında bildirilib.
Qeyd edilib ki, Mərkəz əməkdaşları tərəfindən ingilis dilində “Laçın-Xankəndi yolu ətrafında mübahisələr”, "Başlıbel qətliamı: Ermənistanın Azərbaycan ərazilərində törətdiyi etnik təmizləmə və digər müharibə cinayətləri", “Zəngəzur dəhlizi və sülh yollarının kəsişməsi: Plan və bəyannamə”, “Luis Moreno Okamponun Qarabağla bağlı qərəzli rəyi: Soyqırımı Konvensiyasından siyasi məqsədlər üçün sui-istifadə” adlı hesabatlar yazılıb. Hər il olduğu kimi, 2023-cü ilin əvvəlində ötən ilin yekunlarına dair ingilis dilində illik hesabat hazırlanıb.
Bildirilib ki, il ərzində mərkəz tərəfindən Azərbaycanda və xaricdə 30-dan çox konfrans, tədbir və vebinar təşkil olunub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ölkədə baş verən siyasi prosesləri beynəlxalq auditoriyaya çatdırmaq işinin tərkib hissəsi olaraq əməkdaşların 2023-cü ildə xaricdə 130-a yaxın məqalələri dərc olunub. Bu baxımdan «The National İnterest», «Jamestown Foundation», «Common Space», «Modern Diplomacy», «EU Reporter» «Eurasia «Review», Anadolu Agentliyi, həmçinin Türkiyənin, Rusiyanın, Balkan və Ərəb ölkələrinin bir sıra dərgilərini sadalamaq olar. Həmçinin mərkəz əməkdaşlarının yerli mediada 30-dan çox məqaləsi dərc olunub.
Bu il Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və BMTM-in birgə həyata keçirdikləri AİDA proqramı çərçivəsində İtaliya, Monteneqro, Belçika, Serbiya Meksika, Gürcüstan, Türkiyə, İsrail, Hindistan, olan 10 ekspert il boyu müxtəlif vaxtlarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təqaüd proqramında iştirak ediblər. Onlar Azərbaycanda olduqları müddətdə Azərbaycanla bağlı müxtəlif araşdırmalar həyata keçiriblər, görüşlərə qatılıblar.
BMTM bu il 10 anlaşma memorandumu imzalayıb. Bunlar Serbiyanın Strateji Proqnoz Mərkəzi, Meksikanın COMEXI, Birləşmiş Ərəb Əmirliklərində fəaliyət göstərən Əmirliklərin Siyasi Araşdırma Mərkəzi, İordaniyanın MEMPSİ İnstitutu, Səudiyyə Ərəbistanın Ərəb-Rus Araşdırmaları üzrə Araşdırmaları Mərkəzi, Özbəkistanın Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, Polşanın Varşava İnstitutu, Qırğızıstanın Milli Strateji Araşdırmalar İnstitutu və İraqın Strateji Araşdırmalar Mərkəzi ilə imzalanmış anlaşma memorandumlarıdır. Bununla da əməkdaşlıq etdiyimi xarici tərəfdaşlarımızın sayı 43-ə çatıb.
İl ərzində mərkəz əməkdaşları xarici siyasətdə baş verən proseslərlə bağlı yerli media vasitələr 450-ə yaxın müsahibə verib, müzakirələrə, analitik verilişlərə qatılıblar. Həmçinin dünya ictimaiyyətini də ölkədə baş verən proseslərlə bağlı məlumatlandırmaq üçün xarici mediaya, o cümlədən BBC, «Əl Cəzirə», «Washington Outsider», DW, «i24news», «AlArabia», «Sky News Arabia» və digər müxtəlif media vasitələrinə 30-dan çox müsahibə veriblər.