Bank Of Baku

BMTM ilə Belarus Strateji Araşdırmalar İnstitutu arasında memorandum imzalanıb

BMTM ilə Belarus Strateji Araşdırmalar İnstitutu arasında memorandum imzalanıb
# 05 noyabr 2019 15:45 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Fuad Çıraqov və aparıcı məsləhətçisi Ayaz Rzayev noyabrın 4-5-də Belarusa səfər ediblər.  

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin ilk günü Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllim heyəti ilə görüş keçirilib.

Görüş zamanı tərəflər arasında müntəzəm əlaqələrin təmin edilməsi və əməkdaşlığın təşviqi məsələləri müzakirə edilib.

Səfərin ikinci günü Belarus Strateji Araşdırmalar İnstitutu ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BMTM sədri Fərid Şəfiyev və Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov imzalayıblar.

İnstitutda keçirilən görüş zamanı Belarus-Azərbaycan münasibətlərin inkişaf perspektivləri, iki beyin mərkəzi arasında təcrübə mübadiləsi, iki ölkənin xarici siyasət prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində digər yerli ekspertlərlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR