Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyeva və onun müavini Baki Hüseynov Azərbaycana səfərə gəlib.
APA-nın məlumatına görə, S.Əliyeva və Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyasının nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib və abidə önünə əklil qoyublar. Qeyd edək ki, səfərin məqsədi Azərbaycanın Ombudsman təsisatı ilə qarışlıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə humanitar vəziyyətin monitorinqini həyata keçirməkdir.
Bolqarıstanın Ayrı-seçkilik əleyhinə Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyeva və onun müavini Baki Hüseynov daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. 24-27 oktyabr tarixlərində Azərbaycanda olan nümayəndə heyəti Ağdam və Tərtərə səfər edəcəklər.