Böyük Britaniya səfiri Fergus Auld Ağdama səfər edib.
APA xəbər verir ki, o, bu barədə “Twitter”də paylaşım edib.
“Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdı. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır”, - o yazıb.
Səfir daha sonra əlavə edib: "Minatəmizləmə əməliyyatlarını öz gözlərimlə görmək maraqlıdır. Qürur duyuram ki, Britaniyanın maliyyə dəstəyi və təcrübəsi ilə QHT və şirkətlər Böyük Qayıdışa dəstək göstərməyə davam edir".