Bank Of Baku

Britaniya səfiri: “Ermənistanla sülh sazişinin imzalanması uzunmüddətli sülhə xidmət edərdi"

Ceyms Layl Şarp

© APA | Ceyms Layl Şarp

# 31 yanvar 2022 12:11 (UTC +04:00)

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl Vyanada bəyan edib ki, hökumət üçün sülh və təhlükəsizlik, bu məsələlərdə qadınların rolu prioritet olacaq. Azərbaycan hökumətinin arzusu odur ki, azad olunmuş əraziləri bərpa etsin, 100 minlərlə insan yurd-yuvalarına qayıtsın”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib.

Səfir deyib ki, yenidənqurma, qayıdış və islahatlar uzunmüddətli gündəlikdir: “Ermənistanla normal münasibətlərin qurulması, sülh sazişinin imzalanması uzunmüddətli sülhə xidmət edərdi. Azərbaycan hökuməti bununla bağlı niyyətini ifadə edir. Hökumət çalışır ki, vətəndaşlar qısa müddətdə o torpaqlara qayıtsın. Yenidənqurma vaxtında və düzgün istiqamətdə aparılır. Gender məsələsi də yaddan çıxmamalıdır. Əlbəttə, qadınların da üzərinə müəyyən vəzifələr düşür. Yenidənqurma aparılırsa, qadınların tələbatlarının necə qarşılandığı müəyyən edilməlidir. Biz bu istiqamətdə Azərbaycana töhfələr veririk. Qadınlar təhlükəsiz formada bu prosesdə iştirak etməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR