Bu gün Brüsseldə Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclası keçiriləcək

Bu gün Brüsseldə Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclası keçiriləcək
# 11 dekabr 2023 11:18 (UTC +04:00)

Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.

APA xəbər verir ki, Aİ-nin xarici işlər nazirlərinin 6 Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.

Yerli vaxtla 18:00-da başlaması planlaşdırılan iclasda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.

Aİ Şurasının məlumatına görə, iclasda nazirlər Şərq Tərəfdaşlığı, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR