Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
APA-nın xəbərinə görə, Türkiyə XİN rəhbəri bununla bağlı “Twitter”də paylaşım edib.
“Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü Qarabağın işğaldan azad edilməsi ilə daha gözəldir. Üçrəngli bayrağınla çox yaşa, can Azərbaycan”, - M. Çavuşoğlu vurğulayıb.