Bank Of Baku

Çavuşoğlu Ermənistanın sərhəddə təxribatına münasibət bildirib: “Azərbaycan tək deyil”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 17 noyabr 2021 16:06 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə münasibət bildirib.

Türkiyə XİN rəhbəri bəhreynli həmkarı ilə mətbuat konfransında APA-nın Ankara müxbirinin sualına cavab olaraq deyib ki, Azərbaycan təxminən 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını əks-həmlə əməliyyatı ilə 44 günə azad edib.

“Azərbaycan öz qətiyyətini, türkün gücünü göstərdi. Biz əvvəl də demişdik, indi də deyirik: Azərbaycan tək deyil, tək olmayacaq. Çünki Azərbaycan heç vaxt bizi tək qoymayıb. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyirəm”, - Türkiyə XİN rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR