Bank Of Baku

Çavuşoğlu ilə Blinken Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasını müzakirə edib - YENİLƏNİB

Blinken, Çavuşoğlu

© APA | Blinken, Çavuşoğlu

# 20 sentyabr 2022 18:43 (UTC +04:00)

Çavuşoğlu və Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O qeyd edib ki, Blinken və xarici işlər naziri Çavuşoğlu Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər və dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu asanlaşdırmaq və məsələnin uzunmüddətli siyasi nizamlanmasına kömək etmək üçün fəaliyyətini davam etdirir.

***

17:44

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Tərəflər iki ölkə arasındakı münasibətlər və Ukraynada davam edən proseslər başda olmaqla bir sıra regional məsələləri müzakirə edib.

Qeyd olunub ki, görüş Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasının iclası çərçivəsində Nyu-York şəhərində baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR