Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşüb.
APA-nın məlumatına görə, Türkiyə XİN rəhbəri bu barədə “Twitter”də bildirib.
“Türk dünyasının həmrəyliyinə töhfə verən TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşdük. Bursanın 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsindən məmnunuq. Türk dünyası olaraq birlik və bərabərlik içində hərəkət etmək əzmimiz tamdır”, - nazir qeyd edib.