Bank Of Baku

Cənubi Koreya azad edilmiş ərazilərdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəyə başlayacaq

Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq

© APA | Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq

# 10 sentyabr 2026 12:48 (UTC +04:00)

Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və inkişafına dəstəyi prioritet hesab edirik.

APA xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kımqu Kanq Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Koreya Respublikası Azərbaycanın azad edilmiş ərazilərinin, Şərqi Zəngəzur və Qarabağın bərpası və inkişafına dəstəyi prioritet hesab edir.

Səfir qeyd edib ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin bu bölgələrdə kəhrizlərin bərpası ilə bağlı yeni layihəsinin bu il ərzində başlaması gözlənilir.

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihə 2030-cu ilədək icra olunacaq. Ümid edirəm ki, bu layihə uğurla həyata keçiriləcək”, - səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR