Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə müttəfiqliyi sabitliyin qorunmasının vacib faktorudur

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə müttəfiqliyi sabitliyin qorunmasının vacib faktorudur
# 14 dekabr 2023 15:31 (UTC +04:00)

“Azərbaycan və Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mövqeləri eynidir. Biz hesab edirik ki, region ölkələri arasında normal qonşuluq münasibətləri bərqərar edilməlidir, onlar tarixi ədalətə, beynəlxalq hüququn norma və prinsplərinə əsaslanmalıdır”.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi geniş bölgəmizdə sabitliyin qorunmasının vacib faktorudur:

Ceyhun Bayramov görüş zamanı Azərbaycanın anti-terror tədbirlərini həyata keçirməsindən sonra yaranmış vəziyyətin, atılan addımların, həmçinin qaçqın və məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıdışının, bu istiqamətdə həyata keçirilən tədbirləri, həmçinin mina təhlükəsizliyinin müzakirə edildiyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR