Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurub. Azərbaycanın bu təşkilatdakı aktiv rolu və aktiv sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlarda tərəfindən yüksək qiymətləndirilir.
APA xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov fevralın 10-da "Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası" konfransında çıxışı zamanı deyib.
Qoşulmama Hərəkatını beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bu konfransın təşkili üçün
ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdiklərinə görə QH-a üzv dövlətlərinin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.
Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaq baxımından gözəl təcrübə olacaq.
Azərbaycan QH çərçivəsində qəbul olunan təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbyacan tərəfindən irəli sürülən təşəbbüslər təşkilatın prinsiplərinə uyğun olaraq qəbul olunmuşdur və təqdirəlayiqdir.