Bank Of Baku

Ceyhun Bayramov: Beynəlxalq müstəvidə anti-Azərbaycan təşəbbüslərinin qarşısı alınıb

Ceyhun Bayramov: Beynəlxalq müstəvidə anti-Azərbaycan təşəbbüslərinin qarşısı alınıb
# 28 dekabr 2023 15:36 (UTC +04:00)

Ermənistan və havadarları tərəfindən aparılan qarayaxma kampaniyaları ilə mübarizə istiqamətində ardıcıl, sistemli və qətiyyətli xarici siyasət həyata keçirilib.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş məqsədyönlü işlər nəticəsində xüsusən BMT TŞ, Aİ, Beynəlxalq Ədalət Məhkəməsi və digər bu kimi beynəlxalq müstəvidə anti-Azərbaycan təşəbbüslərinin qarşısı alınıb”, - nazir bildirib.

O qeyd edib ki, 2023-cü ildə Azərbaycan və Ermənistan rəhbərləri arasında ümumilikdə 4 rəsmi, 1 qeyri-rəsmi görüş baş tutub. Eləcə də Ermənistan və Azərbaycan XİN rəhbərlərinin bu il ərzində 4 rəsmi, 1 qeyri-rəsmi görüşü keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR