Bank Of Baku

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb - YENİLƏNİB
# 30 noyabr 2023 17:07 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüşüb.

XİN-dən APA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və regional vəziyyət müzakirə edilib.

Nazir həmkarını post-münaqişə dövründə reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinin perspektivləri barədə ətraflı məlumatlandırıb.

Bölgədə sülhün alternativinin olmadığı, Ermənistan tərəfinin təxribatçı addımlardan çəkinəcəyinə ümidvar olduğumuz nazir tərəfindən vurğulanıb.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

15:49

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin XİN rəhbəri İqnasio Kassis ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” platformasında paylaşım edib.

“Biz Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin perspektivlərini nəzərdən keçirdik və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (ATƏT Xarici İşlər Nazirləri Şurasının) iclası çərçivəsində ən aktual qlobal xarici siyasət məsələlərimizi geniş müzakirə etdik”, - nazir deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR