Bank Of Baku

Ceyhun Bayramov moldovalı həmkarını mina problemi barədə məlumatlandırıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 09 fevral 2022 13:02 (UTC +04:00)

“Müzakirələr zamanı mina təhlükəsizliyinin Azərbaycan üçün vacibliyi, habelə mina qurbanları barədə moldovalı həmkarımı məlumatlandırdım”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Moldova XİN başçısı tərəfindən bu barədə təşəbbüs irəli sürülüb.

“Moldova bu istiqamətdə Azərbaycana dəstək niyyətini ifadə etdi. Müvafiq tərəflər əlaqə yaradıb, bu sahədə işləyəcəklər”, - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR