Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
Qeyd olunub ki, Azərbaycan və Serbiya XİN başçıları Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı konfransın iştirakçılarını salamlayıblar.