Bank Of Baku

Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb - YENİLƏNİB

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 16 iyul 2022 09:30 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, XİN baçısının olduğu təyyarə Tbilisidə Şota Rustaveli adına Beynəlxalq Hava Limanına eniş edib. Ceyhun Bayramov səfər çərçivəsində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

***

08:35

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR