Ceyms O’Brayn: ABŞ Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsini dəstəkləyir

Ceyms O’Brayn: ABŞ Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsini dəstəkləyir
# 06 dekabr 2023 19:05 (UTC +04:00)

Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsi ABŞ tərəfindən dəstəklənir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə dekabrın 6-da keçirilən görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.

O, ABŞ-Azərbaycan münasibətlərində gələcəyə baxışın vacibliyini bildirib.
Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR