İsrail şirkətləri azad olunmuş ərazilərin bərpası prosesində iştirakını nəzərdən keçirir.
APA-nın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Onun sözlərinə görə, Azərbaycanın azad etdiyi ərazilərdə böyük potensial var: “Biz istərdik ki, Azərbaycanla bu torpaqlarda əməkdaşlıq quraq”.
Diplomat qeyd edib ki, İsraillə Azərbaycan arasında strateji əlaqələr var və bu əlaqələr daha da inkişaf edəcək: “Bakı küçələrində, eyvanlarda İsrail bayraqlarını görürəm. Bu göstərir ki, əlaqələr yalnız hökumətlər səviyyəsində yox, xalqlar arasındadır. Bu, çox vacib məqamdır”.
C. Dik humanitar sahədə əməkdaşlığın davam edəcəyini də vurğulayıb.