Bank Of Baku

Deputat: “Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləyir”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 18 dekabr 2021 13:28 (UTC +04:00)

“Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. Bu, bir daha beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini ortaya qoydu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Deputat deyib ki, bu, Azərbaycanın mövqeyinin nə dərəcədə güclü olduğunun göstəricisidir: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətin nüfuzunun yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir”.

M. İbrahimqızı qeyd edib ki, 2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu dünyada ilk dəfə Azərbaycanda təsis edilib. Eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi də əsas məqsəd olub. Azərbaycan qısa zamanda koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə yardım edib: “Azərbaycan Prezidenti lk gündən “vaksin millətçiliyi”nə qarşı çıxıb.
2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd edib. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması Azərbaycanın qazandığı beynəlxalq uğurdur. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Çox təqdirəlayiq haldır ki, 171 ölkə Azərbaycanın müəllifi olduğu qətnamənin lehinə səs verib. Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bu mövzuya öz həssaslığını nümayiş etdirir və çox az sayda ölkə bu təşəbbüslə çıxış edir. Dövlət başçısının bu təşəbbüsləri beynəlxalq səviyyədə ölkəmizə olan etimadın daha da artmasına xidmət edəcək. Artıq Azərbaycan lider dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR