Bank Of Baku

Deputat: “BMT məhkəməsinin qərarı İrəvanın “hərbi əsir” arqumentinin fiaskosu deməkdir” 

Bəhruz Məhərrəmov, Milli Məclisin deputatgı

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin deputatgı

# 14 dekabr 2021 11:51 (UTC +04:00)

“Bir həftə öncə Beynəlxalq Ədalət Məhkəməsi müvəqqəti tədbir xarakterli qərarla Ermənistanın ən vacib siyasi arqument kimi əsaslandığı “saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması” və “Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair” tələblərini rədd etdi”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Azərbaycanı hədəfə alan daxildəki bəzi siyasi dairələr nədənsə bu qərarı Azərbaycanın, Azərbaycan hakimiyyətinin uğursuzluğu kimi car çəkməyə başlayıb: “Arqumentləri də odur ki, Azərbaycanın olduğu kimi Ermənistanın da Azərbaycana qarşı bir sıra vəsatətləri təmin olunub. Eyni öhdəliyin Ermənistanın da üzərinə qoyulan formatına da baxaq. Məhkəmə əgər Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edirsə, Ermənistandan artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Yəni Ermənistan məhkəmə aktında artıq irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur. Bunu niyə demirsiz?
Niyə demirsiz ki, məhkəmənin ortaya qoyduğu hüquqi mövqeyə əsasən “əsir” məfhumu yalnız 2020-ci il münaqişəsi zamanı saxlanılanları nəzərdə tutur ki, bu, İrəvan “hərbi əsir” arqumentinin fiaskosu deməkdir. Niyə demirsiz ki, Beynəlxalq Ədalət Məhkəməsi “2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi Qərb dairələrində iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit edir. Budurmu Sizin o dediyiniz kimi Azərbaycan hakimiyyətinin məğlubiyyəti? Biri AŞPA-da Azərbaycan ordusu əleyhinə qətnamə qəbuluna cəhd edir, biri Paşinyanı öz lideri kimi görmək istəyir. Açığı, ifadə etməyə söz tapmaq olmur. Buna bir son qoyulmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR