Dövlət Departamenti Ceyms O’Braynın Azərbaycan Prezidenti ilə görüşünü müsbət və konstruktiv hesab edib

Dövlət Departamenti Ceyms O’Braynın Azərbaycan Prezidenti ilə görüşünü müsbət və konstruktiv hesab edib
# 08 dekabr 2023 08:12 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb.

APA xəbər verir ki, Dövlət Departamentinin məlumatında deyilir: “Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə müsbət və konstruktiv görüş keçirib. Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub.

Dövlət katibinin köməkçisi O’Brayn Prezident Əliyevə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona gözlənilən səfərlərini alqışlayacaq, habelə Dövlət katibi Antoni Blinken tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR