Bank Of Baku

Edi Rama: “Albaniya BMT TŞ-nın qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib"

Edi Rama: “Albaniya BMT TŞ-nın qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib"
# 14 aprel 2022 22:02 (UTC +04:00)

Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Albaniyanın Baş naziri Edi Ramanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Milli Məclisin sədri bildirib ki, bu səfər Azərbaycan ilə Albaniya arasında yaxın dostluq münasibətlərinin göstəricisidir və ölkələrimizin bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu sübut edir.

Spiker Sahibə Qafarova bu səfərin qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə və genişləndirilməsinə yeni təkan verəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri bildirib ki, transadriatik boru kəməri kimi layihələrin həyata keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək də bunun bariz sübutudur.
Sahibə Qafarova iki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışıb.

Söhbət zamanı spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verib. Sahibə Qafarova qeyd edib ki, hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün sürətli bərpa işləri aparır. Azərbaycan münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 maddədən ibarət təkliflər irəli sürüb. Artıq qarşı tərəfdən müsbət siqnallar alınmaqdadır. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq, regionda davamlı sülh və sabitlik bərqərar olacaq. Biz müharibədən deyil, sülhdən danışmaq istəyirik.

Albaniyanın Baş naziri Edi Rama ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. O, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin Albaniyada müsbət dəyərləndirildiyini diqqətə çatdırıb.

Albaniya nümayəndə heyətinin tərkibinə deputatların da daxil olduğunu deyən qonaq, parlamentlər arasında qanunvericilik sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi barədə fikirlərini bölüşüb. Bildirib ki, Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.

Baş nazir iki ölkə arasındakı qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev, Azərbaycanın Yunanıstanda və Albaniyada səfiri Anar Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR