Bank Of Baku

Əlcəzair Prezidenti: "Münaqişələr terrorizmin yayılmasına yol açır"

Əlcəzair Prezidenti: "Münaqişələr terrorizmin yayılmasına yol açır"
# 25 oktyabr 2019 16:46 (UTC +04:00)

“Münaqişələrin effektiv həll variantlarının tapılmasına nail olacağımıza inanıram”.

APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Əlcəzair Prezidenti Abdelkader Bensalah bildirib.

Əlcəzair Prezidenti deyib ki, Fələstin problemi 1968-ci il razılaşması və o vaxtkı sərhədlər çərçivəsində qurulmalıdır: “Qüds İsrailin işğalı altındadır. Bir sıra dövlətin İsraildəki səfirliyini Qüdsə köçürməsi yolverilməzdir”.

A. Bensalah qeyd edib ki, münaqişələr terrorizmin yayılmasına yol açır: “Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terrorizmdən əziyyət çəkəcək. Əlcəzair Liviyada böhranın həllini və bu ölkənin ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Biz Yəməndə, Suriyada da sülhün bərqərar olmasını istəyirik. İstərdik ki, suriyalı qaçqınlar tezliklə öz yurd-yuvalarına qayıtsınlar. Əlcəzair öz təcrübəsinə əsasən deyə bilər ki, Malidə razılaşma nəticəsində bu ölkənin ərazi bütövlüyü qorunub. Əlcəzair bundan sonra da Malidə problemlərin həllinə töhfə verməyə çalışacaq. Əlcəzair həmişə Qoşulmama Hərəkatına üzv dövlətlərə dəstək verib. Biz Qərbi Saxara xalqlarına da dəstək verilməsini istəyirik. Qərbi Saxara ilə bağlı BMT-nin məruzəçisinin təyin edilməsini dəstəkləmişdik. Biz Qoşulmama Hərəkatına üzv dövlətləri Qərbi Saxarada xalqın öz müqəddəratını təyin edilməsini dəstəkləməyi xahiş edirik”.

Əlcəzair Prezidenti ölkəsinin sülhü dəstəklədiyini vurğulayıb: “Biz Bandunq Prinsiplərinə sadiq olmalı, mübarizəmizdə dinc vasitələrdən istifadə etməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR