Oktyabrın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Əli Hüseynli Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi ərəfəsində Ukrayna nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirib.
Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ermənistanın ərazilərimizi 30 il davam edən işğalına son qoyub, ərazi bütövlüyünü təmin edib. Əli Hüseynli 44 günlük müharibənin ilk günündən Ukrayna dövləti və xalqının Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirib.
Birinci vitse-spiker parlamentlərdəki qarşılıqlı dostluq qruplarının əlaqələrimizin daha da inkişafına verəcəyi töhfələrdən, qanunverici orqanların beynəlxalq qurumlar çərçivəsindəki əməkdaşlığının möhkəmləndirilməsindən danışıb. Əli Hüseynli Azərbaycan və Ukrayna münasibətlərinin bundan sonra daha da dərinləşəcəyinə inamını ifadə edib.
Tədbirdə Ali Radanın Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədrləri Valeri Kolyux və Vladimir Kreydenko, qrupun üzvləri Lyudmila Marçenko, Maryan Zablotski, Ukraynadakı “Həmrəy Azərbaycanlılar Diasporu”nun rəhbəri Hikmət Cavadov çıxış ediblər. Onlar əlaqələrimizin dərinləşməsində dövlət başçılarının rolunu qeyd ediblər. Qonaqlar Azərbaycanın Zəfərini ədalətin qələbəsi kimi dəyərləndiriblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqın bir yumruq kimi birləşməsini 44 günlük Vətən Müharibəsində qələbənin əldə olunmasında mühüm amil adlandırıblar.
Ali Radanın deputatları işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Azərbaycana uğurlar arzulayıblar və bütün məcburi köçkünlərin tezliklə doğma torpaqlara qayıdacağı, ermənilər tərəfindən viran edilmiş ərazilərdə həyatın yenidən qaynayacağı günlərin yaxında olduğuna inamlarını ifadə ediblər.
Söhbət zamanı Ukrayna parlamentində Xocalı soyqırımına dair qərarın qəbul edilməsi məsələsi qaldırılıb, birgə əməkdaşlığın müxtəlif aspektləri, gələcək perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, deputat Anar Məmmədov, Ali Radanın Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.
Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
© APA | Əli Hüseynli, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş
Xarici siyasət
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Xəbər Lenti
CBS: İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib
Tramp: ABŞ neft hasilatında OPEC-dən daha güclü mövqeyə sahibdir
ABŞ İranı yeni nüvə obyektində fəaliyyətə görə güclü zərbə ilə hədələyib
Tramp respublikaçıların qələbəsi halında amerikalılara 5 min dollar ödəyəcəyini vəd edib
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
WSJ: ABŞ administrasiyası İranla müharibənin 2029-cu ilədək uzana biləcəyini istisna etmir
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374-ə çatıb
ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan qayığa zərbə endirib
Apple-ın səhmləri yeni məhsulların təqdimatı fonunda ucuzlaşıb
İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
KİV: İspaniya kəşfiyyatı Seutaya qanunsuz miqrant axını riski barədə əvvəlcədən xəbərdarlıq edib
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu 91 dollara qaldırıb
Ağ Ev Uitkoff və Kuşnerin danışıqlardakı rolunun azaldıla biləcəyi barədə məlumatı təkzib edib
ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür
Tramp Putinlə yeni ikitərəfli görüşün keçirilə biləcəyini istisna etməyib
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
İranın Cask limanı yaxınlığında partlayış baş verib
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
Aİ Seutadakı miqrasiya böhranı ilə mübarizə üçün İspaniyaya 115 milyon avro ayıracaq
Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib
Almaniya Bremerhafen limanının modernləşdirilməsinə 1,5 milyard avro ayıracaq
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər
ABŞ Yaxın Şərqdə neft hasilatının 2027-ci ilədək artacağını gözləyir
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
“Baku Steel Company” QSC açıq tender elan edir
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib - YENİLƏNİB
Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
DİN-in yeni vəzifəsi müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Könül Vəlibəyli və daha 2 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğınla bağlı ittiham aktı elan edilib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
Bakıda qətl törədən şəxsə hökm oxunub
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ