Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 26 iyul 2021-ci il tarixli Sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Türkiyədə səfiri təyin edilib.