“Biz şəhərlərimizi ağıllı şəhərlərə çevirməliyik”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.
Türkiyə Prezidenti deyib ki, Türk Şurası rəqəmsal dönüşə öncüllük etməlidir: “Ağıllı şəhərlə bağlı Zəngilanda atılan addım, Türkmənistan, Macarıstan və Qırğızıstanda bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir”.
R.T.Ərdoğan qeyd edib ki, yanğınların söndürülməsində Türkiyəyə dəstək verən qardaş dövlətlərə təşəkkür edir: “Türk dövlətlərinin Mülki Mühafizə Mexanizminin yaradılmasını təklif edirik”.