Bank Of Baku

Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verəcək

Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verəcək
# 27 dekabr 2023 17:02 (UTC +04:00)

İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı son təkliflər paketini öyrənəcək və öz yanaşmalarını lazımi qaydada təqdim edəcək.

APA “Sputnik Armenia” istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə birgə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyan hesab edir ki, Bakı ilə sülh üçün fürsət pəncərəsi açılıb.

Mirzoyanın sözlərinə görə, Ermənistan sülhün bərqərar olması, münasibətlərin normallaşdırılması üçün Azərbaycanla xoş niyyətli və konstruktiv danışıqlar aparır: “Biz Azərbaycanla bir neçə istiqamətdə və mərhələli danışıqlar aparmışıq, konkret sülh sazişi üzərində işləyirik. Bir çoxları prosesi məntiqi sonluğa çatdırmaq üçün real imkanların olduğunu təsdiqləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR