“Hazırda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü ilə bağlı razılaşdırılmış tarixlər yoxdur”.
APA-nın məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.
“Görüşün Moskvada keçirilməsinin mümkünlüyü müzakirə edilir”, - o qeyd edib.