Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan xalqına başsağlığı verib.
APA xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginlik nəticəsində həyatını itirən Azərbaycan Ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət və yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm".