Bank Of Baku

Fatma Yıldırım: “Fransa Senatının Azərbaycana qarşı qətnaməsi daxili auditoriya üçün nəzərdə tutulub”

Fatma Yıldırım: “Fransa Senatının Azərbaycana qarşı qətnaməsi daxili auditoriya üçün nəzərdə tutulub”
# 16 noyabr 2022 21:09 (UTC +04:00)

“Son zamanlar Fransada Azərbaycana qarşı artan ədalətsiz yanaşma qəbuledilməzdir. Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi qətnamə tamamilə qərəzlidir və Ermənistanın maraqlarına xidmət edir”.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım APA-ya açıqlamasında deyib.

Deputat bildirib ki, bu qətnamə ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransada beynəlxalq, humanitar hüququn və insan haqlarının süqut etdiyinin bariz göstəricisidir:

“30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin nümunəsidir.

Əlbəttə ki, belə cinayətkar əməllər baxımından da Fransa ilə Erməınistanı bağlayan amillər var.

Çünki başqasının torpaqlarını işğal etmək, günahsız insanları qətlə yetirmək kimi Fransanın tarixdən gələn böyük “təcrübəsi” var.

Fransa uzun illər müstəmləkə siyasəti aparıb və fransızlar tərəfindən 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. Bundan başqa, 1832-ci ildə “El-Uffia” qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib.

Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə isə Setif şəhərində 45 min əlcəzairli öldürülüb. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb.

Fransa polisinin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub.
Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub.

Fransa Ermənistanı özünün kiçik bacısı hesab edir və bu “bacı” ondan “nümunə” götürərək vaxtilə Azərbaycan torpaqlarını işğal edib və xalqımıza qarşı soyqırımı törədib”.

Millət vəkilinin sözlərinə görə, uzun illər ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa 44 günlük Vətən müharibəsi dövründə ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb:

“Fransa Prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi.

Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi.

Əslində, Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə həllinə çalışmadığı kimi, bu qərəzli addımı ilə bütün dünyaya göstərdi ki, yaxşı ki, Azərbaycanın lideri İlham Əliyevin qətiyyətli iradəsi sayəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özümüz icra etmişik.

Əgər biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etməsəydik, Vətən müharibəsinə qədər vasitəçilik maskası taxan Fransa münaqişənin uzadılmasına, Ermənistanın xeyrinə həll olunmasına çalışacaqdı.

Minsk qrupunun bu hiyləsini görən, onun erməni təəssübkeşliyi nümayiş etdirməsindən səbiri daşan Azərbaycan torpaqlarını öz gücünə azad etdi.

Ona görə də, bütün dünya Azərbaycanın öz torpaqlarını azad etməklə haqlı olduğunu gördü. Nə yaxşı ki, qətiyyətli liderimiz və rəşadətli ordumuz var. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneə törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artmasını təbii olaraq ciddi narahatlıqla qəbul edir”.

Fatma Yıldırım qeyd edib ki, döyüşlərin davam etdiyi müddətdə Fransanın Ermənistana dəstəyinin fiaskoya uğraması, göstərdiyi dəstəyin effektli olmamasının əsas səbəblərindən biri Azərbaycanın hərbi gücü və diplomatiyamızın uğurlarıdır.

Millət vəkili, həmçinin noyabrın 15-də Fransa Senatında qəbul edilən qətnaməni ermənipərəst, anti-türk və anti-azərbaycan mövqeyinin ifadəsi kimi dəyərləndirib.
Onun fikrincə, bu qətnamənin Fransa Senatında qəbul olunması Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir:

“Hesab edirəm ki, bu sənəd əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Sənədin Azərbaycana və beynəlxalq müstəvidə mövcud olan nüfuzuna heç bir təsiri olamayacaq”.

Deputat onu da qeyd edib ki, Azərbaycan Parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib:

“Milli Məclisin etiraz bəyanatında təklif olunur ki, iki ölkə arasında mövcud olan siyasi-iqtisadi münasibətlərə yenidən baxılsın. Eyni zamanda, Fransa bu mövqeyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik edə bilməz. Fransa anlamalıdır ki, biz qalib ölkəyik, qalib xalqıq və öz torpaqlarımızı qanımızla, canımızla azad etmişik. Müstəqil Azərbaycan dövləti də bu regionada söz sahibi bir ölkədir və bunu artıq qəbul etmələri lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR