Fəzail Ağamalı ABŞ-ın fəxri vətəndaşlığından imtina edib

Fəzail Ağamalı ABŞ-ın fəxri vətəndaşlığından imtina edib
# 21 noyabr 2023 12:17 (UTC +04:00)

Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edib.

APA-nın xəbərinə görə, bunu deputat bu gün Milli Məclisdə çıxışında bildirib.

Fəzail Ağamalı deyib ki, 1990-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da olub: “Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Mən bu gün bunların hər ikisindən imtina edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR