Bank Of Baku

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib - VİDEO

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib - VİDEO
# 23 iyul 2021 16:14 (UTC +04:00)

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Ağdam şəhərinə səfər edib. 

APA-nın yerli bürosunun xəbərinə görə, fransalı deputatlar Ermənistanın Ağdamda törətdiyi dağıntıları öz gözləri ilə görüblər. 

Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer və Sandrin Morşun daxil olduğu nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputatlar Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR