Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu gün Şuşada baş verən mina partlayışı nəticəsinə həlak olanların ailələrinə başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə fransalı diplomat "Twitter" hesabında paylaşım edib.
"Fikirim bu gün Daşaltıda mina partlaması nəticəsində həlak olan iki mülki şəxsin ailələrinin yanındadır", - səfir bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Şuşa şəhərinin Daşaltı kəndindən 1 300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər - 1999-cu il təvəllüdlü Xanatov Orxan Nazim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub.