Qadınların gəlirləri və dövlətin onlara verdiyi dəstək ayaqda qalmağa imkan vermir.
APA xəbər verir ki, bunu Fransız Qvianası sosial azadlıq və dekolonizasiya Hərəkatının Siyasi Bürosunun üzvü Cindy Adela Pollux noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Onların vəziyyəti heç də yaxşı deyil. Qadınların səlahiyyətləndirilməməsi inkişafın qarşısında duranda əngəllərdən biridir. Qadınlar dekolonizasiyada mühüm rol oynaya bilər. Bu səbəbdən onların səlahiyyətləndirilməsi vacibdir. Bizim fikrimizcə ölkənin inkişafı ləngiyirsə, bunun səbəbi Fransa müstəmləkəsidir. Azərbaycana təşəkkür edirik ki, Qoşulmama Hərəkatına çox gözəl sədrlik edir. Biz başqa ölkələrdən də kömək istəyirik”, - o bildirib.