Bank Of Baku

Gürcü ekspertlər: “İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldıraraq verdiyi sözü yerinə yetirdi” - RƏY

Gürcü ekspertlər: “İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldıraraq verdiyi sözü yerinə yetirdi” - RƏY
# 16 oktyabr 2023 19:02 (UTC +04:00)

Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi parlaq qələbə Gürcüstan üçün də nümunə təşkil edir.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında siyasi ekspert Levan Mamaladze deyib.

O bildirib ki, Azərbaycan xalqı və hakimiyyəti uzun illərin məşəqqətli mübarizəsi və tökülən qanlar sayəsində buna nail ola bilib:

“Biz Azərbaycanı və Azərbaycan xalqını bu vacib gün münasibətilə təbrik edirik. Dünən Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağı ucaldıldı. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında nəhayət öz ərazi bütövlüyünü tam bərpa etdi. Azərbaycan hakimiyyəti bu problemin həllinə nail olmaq üçün uzun illər boyunca çox gərgin fəaliyyət apardı. Mən çox yaxşı xatırlayıram ki, mərhum Prezident Heydər Əliyev bu problemi miras aldığı zaman onun həlli üçün, öz evlərindən qovulmuş azərbaycanlıların qaytarılması üçün necə narahat idi və bu problemin həlli üçün əlindən gələni edirdi. Onun başladığı bu işi oğlu İlham Əliyev tamamladı. Xatırlayıram, 2003-cü ildə Prezident İlham Əliyev andiçmə mərasimində bildirdi ki, onun üçün başlıca vəzifə Azərbaycan xalqının əzablarına səbəb olan bu problemin həllinə nail olmaq, didərgin salınmış azərbaycanlıların öz evlərinə qaytarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası olacaq. O, sözünün üstündə durdu. O, bu əzmlə hər kəsə necə işləmək lazım gəldiyini, problemlərin necə həll edilməli olduğunu, düşməninin düşmənlərini necə öz tərəfdaşın etməli olduğunu göstərdi. O, böyük bir uğur qazandı və ümid edirəm ki, bu uğur Gürcüstan üçün də yaxşı nümunə olacaq. Bunu təkrarlamaq mümkündür, mən ümid edirəm ki, bizim bayrağımız da Suxumidə və Sxinvalidə qaldırılacaq. Ümid edirəm ki, İlham Əliyevin və Azərbaycan xalqının bu nümunəvi qələbəsi Gürcüstan tərəfindən də təkrarlanacaq”, - Levan Mamaladze bildirib.

Siyasi şərhçi Tengiz Txilava da qeyd edib ki, Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması həm də simvolik xarakter daşıyır və bütün dünyaya Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini nümayiş etdirir.

“Xankəndidə Azərbaycan bayrağının dalğalandığı gün Azərbaycan tarixində daha bir vacib gün idi. Bu, bütün ərazilərinin nəhayət, Azərbaycana qayıtdığını simvolizə edir. Azərbaycan bu qələbəyə doğru onilliklərdir ki, irəliləyirdi. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu məsələ üzərində işləməyə başlamışdı və bu iş cənab İlham Əliyev tərəfindən davam etdirildi və onun tərəfindən tamamlandı. O bildirdi ki, Heydər Əliyevə verdiyi sözü yerinə yetirdi. Biz qonşu ölkə olaraq Azərbaycanın bu uğuruna görə çox şadıq. Azərbaycan öz ərazilərini qaytarıb. Biz ümid edirik ki, Gürcüstan bayrağı da Suxumi və Sxinvalidə dalğalanacaq. Biz eyni zamanda, çox şadıq ki, ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Azərbaycan Prezidenti ilk səfərini Gürcüstana etdi”, - Tengiz Txilava qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR