Paşha Bank
Bank Of Baku

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın ev dustaqlığı daha 3 ay uzadılıb

Baqrat Qalstanyan

© APA | Baqrat Qalstanyan

# 19 noyabr 2026 16:42 (UTC +04:00)

Ermənistanda “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın ev dustaqlığının müddəti daha 3 ay uzadılıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, Baqrat Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə həbs edilib. Ermənistan İstintaq Komitəsinin iddiasına görə, “Müqəddəs mübarizə” hərəkatının lideri və üzvləri ölkədə terror aktları törətməyi və hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar.

2026-cı il iyunun 4-də apellyasiya məhkəməsinin qərarı ilə Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR