Paşha Bank
Bank Of Baku

Hörmüz boğazında beş neft tankeri minaya düşərək partlayıb - YENİLƏNİB

Hörmüz boğazında beş neft tankeri minaya düşərək partlayıb - YENİLƏNİB
# 19 noyabr 2026 17:21 (UTC +04:00)

ABŞ ordusunun müşayiəti ilə hərəkət edən daha iki neft tankeri Hörmüz boğazında minaya düşüb.

APA xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi Hörmüz boğazında iki iri neft tankerinin dəniz minasına düşərək partladığını açıqlayıb.

Məlumata görə, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan iki tanker Hörmüz boğazının cənub sahilləri yaxınlığında yanmaqda davam edir.

Partlayışdan sonra gəmilər tərk edilib.

SEPAH-ın açıqlamasında tankerlərin ABŞ qırıcılarının dəstəyi və dronların müşayiəti ilə boğazın qadağan olunmuş marşrutu üzrə gizli şəkildə hərəkət etməyə çalışdıqları qeyd olunub.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun komandanlığı altında olan və ya onunla əməkdaşlıq edən hər hansı neft tankerinin Hörmüz boğazının icazəsiz marşrutlarından keçməyə cəhd edəcəyi təqdirdə, müdaxilə ediləcəyi barədə xəbərdarlıq edib.

***

14:40

Bu gün səhər saatlarından etibarən Hörmüz boğazının şərqində qayda pozuntusuna yol vermiş üç neft tankeri yanaraq hərəkətsiz qalıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Ordusu bu gün səhər saatlarından etibarən İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadan naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən üç neft tankerinin dəniz minalarına düşərək yanğınla üzləşdiyini və hərəkətsiz qaldığını açıqlayıb.

Bildirilib ki, Hörmüz boğazından hərəkət yalnız İran Silahlı Qüvvələrinin elan etdiyi qaydalara əməl edilməsi, zəruri koordinasiyanın aparılması, icazə verilən dəniz dəhlizlərinin seçilməsi və izləmə, eləcə də naviqasiya avadanlıqlarının işlək vəziyyətdə saxlanılması şərti ilə mümkündür.

Bəyanatda vurğulanıb ki, bu tələblərə əməl etmədən boğazdan keçməyə cəhd dəniz minasına düşmək və yanğınla nəticələnməkdən başqa bir nəticə verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR