Bank Of Baku

Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib

Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib
# 17 oktyabr 2023 12:23 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə isə 4 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. Gürcüstanda deportasiya edilən Azərbaycan vətəndaşlarından 17-si yetkinlik yaşına çatmayanlar olub.

Gürcüstan bu il ümumilikdə 154 əcnəbini deportasiya edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR