Bank Of Baku

Gürcüstan hökuməti: Azərbaycanla ən yaxşı münasibətlərə malikik

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani

© APA | Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani

# 13 iyul 2026 10:50 (UTC +04:00)

"Gürcüstan qonşuları - Türkiyə, Azərbaycan və Ermənistanla ən yaxşı münasibətlərə malikdir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani "İmedi" telekanalının "Business Insider" proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələrin ticarət əlaqələrində strateji rol oynayır və bu istiqaməti mümkün qədər gücləndirməyə çalışır.

Administrasiya rəhbəri qeyd edib ki, qlobal qeyri-müəyyənlik şəraitində Gürcüstan sülh və sabitlik adası olaraq qalır və ölkədə biznesin istənilən istiqamətdə fəaliyyəti üçün şəffaf mühit hökm sürür, çox sadə və cəlbedici vergi sistemi mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR