Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 1990-cı il yanvarın 20-də keçmiş SSRİ-nin hərbi birləşmələri tərəfindən Bakıda törədilən qanlı faciə qurbanlarının xatirəsi yad edib.
APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub”, - deyə səfirliyin məlumatında qeyd olunur.
Məlumatda o da bildirilir ki, səfir Z. Pataradze Şəhidlər xiyabanında vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub.