Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk və tərəfdaşlığımızı qarşılıqlı maraq doğuran bütün sahələrdə gücləndirmək istəyirik.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Twitter” hesabında etdiyi paylaşımında belə qeyd edib.
“Bu gün biz Gürcüstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. 30 il ərzində biz qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı inkişaf etdirmişik. Biz yaxın dostluğumuzu yüksək qiymətləndiririk və tərəfdaşlığımızı qarşılıqlı maraq doğuran bütün sahələrdə gücləndirmək istəyirik”, - deyə XİN başçısı qeyd edib.