Bank Of Baku

Gürcüstanın Baş prokuroru Azərbaycana gəlib: Aramızda yaxşı əməkdaşlıq mövcuddur

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze

© APA | Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze

# 29 iyul 2026 17:27 (UTC +04:00)

“Bizim Azərbaycanla çox yaxın münasibətlərimiz var. Azərbaycanla Gürcüstan arasında yaxşı əməkdaşlıq mövcuddur”.

APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze deyib.

Giorgi Qvarakidze bildirib ki, iki ölkə arasında dostluq münaisbətləri hüquq sahəsində əməkdaşlığa öz töhfəsini verir:

“Mənim dostum, çox hörmət etdiyim Baş prokuror Kamran Əliyevin dəvəti ilə Gürcüstan nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib. Biz Azərbaycan Baş Prokurorluğunda olduq, rəsmi səfər çərçivəsində görüşlərimiz oldu, fikir mübadiləsi apardıq. Ümid edirəm ki, bu, bizim iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığa öz töhfəsini verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR