Bank Of Baku

Hikmət Hacıyev Aİ komissarı ilə görüşüb - VİDEO

Oliver Varhelyi, Hikmət Hacıyev

© APA | Oliver Varhelyi, Hikmət Hacıyev

# 03 fevral 2022 19:42 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

APA-nın xəbərinə görə, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, - Aİ Komissarı qeyd edib.

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR