Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, telefon danışığında Hikmət Hacıyev son hadisələr zamanı həlak olanlarla bağlı İrana Azərbaycanın başsağlığını çatdırıb.
Həmçinin, iki ölkə prezidentləri arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.