İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu haqqında saziş imzalayıblar.
APA xəbər verir ki, bu barədə "Armenpress" məlumat verir.
Sazişi Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ohanesyan və Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos imzalayıb.
“Biz irəli getməyə və missiyanın ölkədəki mövcudluğunu daha da gücləndirməyə, sərhədin Ermənistan tərəfində sabitliyi və monitorinqi təşviq etməyə və nə baş verdiyini görməyə hazırıq”, - Maraqos bildirib.
Ohanesyan öz növbəsində izah edib ki, status razılaşması müşahidəçilər üçün səhiyyədən tutmuş texniki məsələlərə qədər daha asan şərait yaratmağa şərait yaradacaq.