Bank Of Baku

İtaliya XİN rəhbəri: Azərbaycan bizim üçün dost ölkədir, bu münasibətlər çox böyük uğur gətirəcək

İtaliyanın xarici işlər naziri Antonio Tayani

© APA | İtaliyanın xarici işlər naziri Antonio Tayani

# 23 noyabr 2026 14:16 (UTC +04:00)

“İtaliya məhsullarına olan marağı gördükcə, Azərbaycan bazarına həm iqtisadi, həm siyasi baxımdan yatırım edirik”.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün keçirilən Biznes Foruma olan maraq da bunu təsdiq edir: “Biz enerjidən fərqli sahələrdə də əməkdaşlıq edə bilərik. Həmçinin, enerji sahəsində, o cümlədən TAP layihəsində də əməkdaşlıq edirik. Azərbaycan TAP və CQD vasitəsilə 16 Avropa ölkəsinə qaz təchiz edir. Azərbaycan İtaliya üçün dost ölkədir. Bu münasibətlər bizə çox böyük uğur gətirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR