Fransa dekolonizasiya prosesini öyrənməlidir.
APA xəbər verir ki, bunu kanak siyasətçi Dimitri Qenegei bildirib.
O, Kanak xalqının müstəmləkəçilik mövzusu bitənə qədər mübarizə aparacağını qeyd edib.
“Bunu bitirməyin vaxtıdır. 70 illik müstəmləkəçilikdən sonra biz Fransaya bu siyasəti davam etdirməyə və bizi marginallaşdırmağa icazə verə bilmərik. Bilməliyik ki, günəş bir gün doğacaq. Düşünürəm ki, Fransa dekolonizasiyanı öyrənməyə başlasa, yaxşı olar”, - kanak siyasətçi vurğulayıb.
O, Kanak xalqının vəziyyətini dünyaya çatdırmaq fürsətinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.
https://www.instagram.com/p/DeeZR1Dtv7Q/
https://www.facebook.com/share/r/18tBXfHrZb/
https://x.com/bakuinitiative/status/2110349403420856390
https://www.youtube.com/shorts/4k_VR1noIt4
https://www.tiktok.com/@bakuinitiativegroup/video/7696501675799989512
https://www.linkedin.com/feed/update/urn:li:activity:7516115037338447873