KİV: Moskvada Qarabağ üzrə üçtərəfli İşçi Qrupun iclası keçiriləcək

KİV: Moskvada Qarabağ üzrə üçtərəfli İşçi Qrupun iclası keçiriləcək
# 19 oktyabr 2021 11:00 (UTC +04:00)

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 20-də Moskvaya ikigünlük səfər edəcək.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Hökumət səfərin məqsədini açıqlamayıb.

“Sputnik Armenia” səfər zamanı Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli İşçi Qrupun iclasının keçiriləcəyini yazıb.

Qarabağ üzrə üçtərəfli İşçi Qrupun tərkibinə Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR